Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib - FOTO

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daha bir neçə Vətən müharibəsi şəhidlərinin ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Bu barədə Press.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bu gün 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları daha bir neçə şəhid ailəsində olaraq, onların sosial vəziyyətlərini öyrəniblər. Həmin ailələrə sosial ödənişlərin də təyinatı aparılıb, həmçinin Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Bu dəfə isə şəhid ailələrinin üzvləri olan Ruxsarə Məmmədovaya, Rahilə Ramazanovaya, Şəhla Ağayevaya, Emulya Rzayevaya, Fərqiyyə Həşimovaya “Şəhid ailəsi üzvü vəsiqəsi” təqdim edilib.

Şəhid ailəsi üzvlərinə sosial dəstək tədbirləri barədə məlumat verilib, onların yaşayışlarının DOST Agentliyi tərəfindən daim diqqətdə saxlanacağı bildirilib.

Oxşar xəbərlər
OTACI