Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə Nazirliyindən işğaldan azad olunmuş ərazilərimizlə bağlı AÇIQLAMA

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

Bu barədə Press.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kolonnalarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Bu günədək xeyli sayda minalar və partlamamış döyüş sursatları ərazilərdən toplanıb.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
OTACI