Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaşda ictimai nəqliyyatda süni qiymət artımı - VİDEO

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş rayonunda ictimai nəqliyyatda qiymətlər süni olaraq artırılıb.

Press.az Baku TV-yə istinadən xəbər verir ki, Ağdaşda istər şəhər daxili, istərsə də qəsəbə və kəndlərə hərəkət edən marşrut xətlərində gediş haqları bütün xətlər üzrə süni şəkildə 10 qəpik artırılıb.

Məsələ ilə bağlı Göyçay Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional şöbəsindən Baku TV-yə bildiriblər ki, bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir:

“Süni qiymət artımına yol verən sürücü və sahibkarlar barəsində protokollar tərtib edilib. Artıq şöbəyə Ağdaş rayon ərazisində sürücü və sahibkarlar tərəfindən süni qiymət artımı ilə bağlı şikayətlər daxil olub. Bununla bağlı Ağdaş rayonunda reydlər keçirilib. Qanunsuz gediş haqqını qaldıran sürücülər barəsində protokollar yazılıb”.

Oxşar xəbərlər
OTACI