Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantini pozan 3 nəfər həbs edildi, 2 815 nəfər cərimələndi

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

Oxşar xəbərlər
OTACI