Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə repetitor kursu təşkil edən şəxs cərimələndi

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları tərəfindən şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

A.Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat miqdarında cərimə tətbiq edilib.

Oxşar xəbərlər
OTACI