Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ICESCO-nun nümayəndə heyəti İçərişəhərlə tanış olub

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də İçərişəhərlə tanış olub. Nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib.

Press.az xəbər verir ki, orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə başlanan tanışlıq zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir.

Qonaqlar 1895-ci ildə Bakının məşhur bəylərinin sifarişi ilə inşa olunan yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Bəylər məscidi ilə tanış olublar.

Gəzinti zamanı qonaqlar Bakı Xan Sarayı Kompleksinin ərazisində salınmış və yeni istifadəyə verilmiş parka, 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar. Həmçinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olublar.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.

Oxşar xəbərlər
OTACI