Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tramp impiçment elanından sonra bəyanatla çıxış etdi

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Nümayəndələr Palatasının impiçment elan etməsindən sonra bəyanatla çıxış edib.

Bəyanat Ağ Evin “Twitter” hesabında yayımlanıb.

Müraciətində D.Tramp ötən həftə Kapitolidə baş vermiş zorakılığı tənqid edib.

“Mənim əsl tərəfdarlarımdan heç kim siyasi zorakılığın iştirakçısı ola bilməz, mənim əsl tərəfdarlarımdan heç kim hüquq mühafizə orqanlarına və ya böyük ABŞ bayrağına hörmətsizliyi dəstəkləyə bilməz. Mənim əsl tərəfdarlarımdan heç kim öz vətəndaşlarını incidə bilməz”, - deyə D.Tramp qeyd edib.

O, Kapitoliyə hücumda iştirak edənlərin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Oxşar xəbərlər
OTACI