Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıt sakini itkin düşüb - FOTO

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda yaşayan 56 yaşlı kişi itkin düşüb.

Bu barədə Oxu.Az-a onun qohumu İslam İbrahimov məlumat verib.

O bildirib ki, 1964-cü il təvəllüdlü Orucov Sirəddin Dadaş oğlu iki gün öncə evdən çıxıb və geri qayıtmayıb:

“Sumqayıt şəhərində 12-ci mikrorayonda yaşayır. Evdən çıxıb və naməlum istiqamətə gedib. Ötən gün onu Mehdiabad qəsəbəsi tərəfdə görüblər. Ondan sonra heç bir xəbər yoxdur. Səhhətində problemləri var. Eşidə və danışa bilmir. Psixoloji problemləri olduğu üçün yaşadığı ünvanı kiməsə deyə və ya kömək istəyə bilmir. Evdən çıxanda əynində qara rəngli kurtka, şalvar olub”.

Şəxsi görənlərdən 055 644 66 44 və 055 275 14 84 nömrələri vasitəsilə ailə yaxınlarına məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI