Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Super Liqada əcnəbi limiti dəyişdi

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Super Liqasında əcnəbi limitinin sayında dəyişiklik edilib.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir məlumat verib.

Bu gün federasiya rəsmiləri ilə klubların nümayəndələri arasında keçirilən görüşdə qərara alınıb ki, mövsümün ikinci yarısından etibarən əcnəbi limiti 14-dən 16-ya yüksəldilsin. Prezident klubların tələbindən sonra bu qərarı qəbul etdiklərini açıqlayıb.

Bu isə o deməkdir ki, sifariş ərizəsində yer alan 35 futbolçudan 16-sı əcnəbi ola biləcək. Həmin gəlmələrdən 14-ü oyunların iştirak ərizəsinə salına bilər. Qərar yalnız mövsümün sonuna qədər keçərlidir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI