Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdoçularımızdan iki final, iki məğlubiyyət, iki gümüş

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə beynəlxalq "World Masters” turniri başa çatıb.

Press.az xəbər verir ki, nüfuzlu yarışa 7 idmançı ilə qatılan Azərbaycan millisinin bu gün daha 3 üzvü tatami üzərinə çıxıb.

Onlardan ikisi finala yüksəlsə də, uğurlu seriyanı davam etdirə bilməyiblər.

Kişilər

100 kq

Elmar Qasımov 1/16 finalda Rafael Buzakarini (Braziliya) üzərində qələbə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında israilli Peter Palçikə uduzaraq mübarizəni dayandırıb. 

Yarışa 1/16 finaldan başlayan Zelim Kotsoyev Ramadan Dervişi (Misir) və Quham Ço (Cənubi Koreya) üzərində qələbələrlə 1/4 finala yüksəlib. Bu mərhələdə kanadalı Şaddi Elnahasa qalib gələn idmançı yarımfinalda niderlandlı Simeon Kararinanı da məğlub edib. Finala yüksələn Zelim həlledici qarşılaşmada gürcüstanlı Varlam Lipateliani ilə güləşib. Təəssüf ki, görüşdən rəqib qalib ayrılıb və Kotsoyev gümüş medalla kifayətlənib. 

Qadınlar 

+78 kq

1/8 finaldan yarışa başlayan İrina Kindzerska öncə Yasmin Qrabovski (Almaniya), ardınca Hayun Kim (Cənubi Koreya) üzərində qələbə qazanıb. Cüdoçumuz yarımfinalda Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda fransalı Romen Dikko ilə üz-üzə gələn İrina ipponla uduzub və turniri ikinci pillədə bitirib.

Beləliklə, millimiz "World Masters”i 2 gümüş medalla başa vurub. Bu nəticə ölkəmizi komanda hesabında 8-ci edib. 

Yarışın ilk günündə tatami üzərinə çıxan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) uğursuzluqla üzləşib.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI