Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Belçika klubu ilə razılaşa bilmədik" - Mahir Emreli

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın futbolçusu Mahir Emreli Belçika klublarından transfer təklifi alması barədə yayılan xəbərlərə münasibət bildirib.

Press.az xəbər verir ki, 23 yaşlı hücumçu Qol.az saytına açıqlamasında sözügedən ölkənin təmsilçiləri ilə danışıqlar apardıqlarını, lakin razılığa gələ bilmədiklərini deyib:

"Bu barədə yalan deyə bilmərəm. Çünki təklif olması ilə bağlı Belçika mətbuatında da, Azərbaycan mediasında da xəbərlər var idi. Belçika klubu ilə birbaşa mənim aramda əlaqə olmayıb. Amma menecerim arasında danışıqlar gedib. Lakin razılaşa bilməmişik.

Yəni, rəsmi səviyyəyə çatmasa da, danışıqlar olub. Amma ümumiyyətlə, heç bir klubdan hələ rəsmi transfer təklifi gəlməyib".

Qeyd edək ki, Mahir Emreli ilə Belçikanın əsas liqa təmsilçiləri ilə yanaşı, "Beşiktaş"ın da maraqlandığı haqda xəbərlər yayılmışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI