Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlikdən Tofiq Bəhramov açıqlaması

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəli ilə bağlı problem aradan qaldırılır.

Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, heykəlin rəngini yeniləmək üçün üzü cilalanıb: "Əslində buna problem demək olmaz. Bilirsiniz ki, Nazirliyin mərkəzi arenada reabilitasiya mərkəzi var. Orada təmir işləri gedirdi. Heykəlin rəngi köhnəldiyindən, üz qabığında çatlar əmələ gəlmişdi. Yenidən rəngləmək üçün sadəcə üzü cilalanmışdı. Bu, işləri təhvil verəndə heykəlin də təmiz olması üçün edilmişdi. Bu gündən işlərə başlanılıb. 1-2 günə yekunlaşacaq".

Tofiq Bəhramovun adını daşıyan nəvəsi babasının heykəlinin rənginin ağardılması ilə bağlı AFFA -ya müraciət edərək onun əvvəlki vəziyyətə qaytarılmasını xahiş edib.

Qeyd edək ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan - İngiltərə görüşündən əvvəl açılıb.

Report

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI