logo
First slide

Əhməd İsmayılov: “Jurnalistlərin treninq keçmələrinə ehtiyac var”

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda yerli mediada fəaliyyət göstərən jurnalistlərin treninqlərə ehtiyacı var. Apardığımız monitorinqlər zamanı bu kimi nüanslar öz təsdiqini tapıb.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində məlumat verib.

O bildirib ki, bununla bağlı agentliyə bir çox müraciətlər daxil olub:

“Ötən dövr ərzində Türkiyədən dəvət olunan mütəxəssislərlə birlikdə bir neçə təlimlərimiz keçirilib. Həmin təlimlərdən sonrakı dövrdə aparılan monitorinq göstərdi ki, bu tədbirlərin tez-tez keçirilməsi müsbət nəticələr verəcək”.

Media subyektinin Agentliyə hansı şəkildə müraciət etməsi ilə bağlı suala isə Əhməd İsamayılov belə cavab verib:

“Əgər sırf maliyyə dəstəyindən söhbət gedirsə, müsabiqəsiz birbaşa maliyyə dəstəyi nəzərdə tutulmayıb. Media subyektinə və ya jurnalistlərə hər hansı dəstəyin göstərilməsi zamanı mütləq qaydada ölkə qanunvericiliyinin tələbləri rəhbər tutulmalıdır. Qanunvericilik isə bizə sırf müsabiqəli layihələrin həyata keçirilməsini həvalə edib. Biz müsabiqə qaydalarını, eləcə də müsabiqədə iştirakına icazə veriləcək media subyektləri və jurnalistləri, eyni zamanda müsabiqə qaliblərinin müəyyən olunması istiqamətində kriteriyaları müəyyən etməliyik.

Biz bu kriteriyalar üzərində işləməyə başlamışıq. Ümid edirəm ki, qısa zaman ərzində Media haqqında qanun” layihəsi hazırlanıb təqdim olunacaq. Layihələr təsdiq olunduqdan sonra onların icrasına başlanıla bilər. Yenə qeyd etmək istərdim ki, Medianın İnkişafı Agentliyinin birbaşa məqsədi sadəcə media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi deyil. Agentliyin məqsədi ümumiyyətlə media mühitinin inkişafı və informasiyanın əldə olunma, yayılma prosesinin daha da təkmilləşdirilməsidir. Agentlik olaraq jurnalistlərdən gələn təklifləri və müraciətləri də müzakirə etməyə hər zaman hazırıq”.

Oxşar xəbərlər
OTACI
OTACI