Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda ağac və kollar niyə məhv edilib? - AÇIQLAMA + FOTO

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkədə paytaxt ərazisində ağac və kolların məhv edildiyinə dair görüntülər yayılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən hadisə paytaxtın Nərimanov rayonu, Atatürk prospektində qeydə alınıb. Obyektlərdən birinin qarşısında müxtəlif günlərdə çəkilən fotolar ciddi müzakirələrə səbəb olub. 

Belə ki, ötən il avqust ayının 16-da çəkilən fotolarda ətrafda ağac və kolların, yaşıllıqların olduğu görünür. Daha sonra çəkilən fotolarda isə ağacların kəsildiyi açıq-aydın görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb.

Məlumatda qeyd olunub ki, Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub:

“Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”.

Oxşar xəbərlər
OTACI