Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olduğu açıqlanıb.

Bu barədə Press.az-a Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.

O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur: “Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır. Komissiya üzvləri də bununla bağlı qeydiyyatlar aparırlar və lazımı köməkliklər göstərirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, komissiya indiyədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində 532 müraciətə baxıb.

Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 96 müraciətə baxılıb: “Vətəndaşlara lazımı qaydada köməkliklərin göstərilməsi üçün bütün tədbirlər görülür. Komissiya üzvləri 11 yanvar tarixindən bazar günü istisna olmaqla 8:00-dan 18:00-a qədər fəaliyyət göstərir”.

Oxşar xəbərlər
OTACI