Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşeronda evlərdən 2 400 manatlıq oğurluq edildi

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 2 450 manat dəyərində kondisioner, kombi, divar saatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səlimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Xırdalan şəhəri ərazisində 2 nəfərə məxsus yarımtikililərdən 150 metr elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və avtomobil ehtiyat hissələri oğurlaması da müəyyən edilib.

Oxşar xəbərlər
OTACI