Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstraliya və Amerika alimləri planetimizə düşən meteoritlərdə su izləri tapıblar.

“Science” jurnalının məlumatına görə, Sidneydəki Makkuori Universitetində çalışan Saymon Terner və həmkarları son yüz ildə Yerə düşən bir neçə meteoritin tərkibini araşdırıblar.

Onlar bu meteoritlərdə suyun iştirakı ilə kimyəvi reaksiyaların getdiyini müəyyən ediblər. Alimlərin hesablamalarına əsasən, sözügedən kimyəvi proseslər son milyon il ərzində baş verib.

Əksər astrofiziklər hesab edirlər ki, Yerdə həyatın əsasını qoyan su məhz meteoritlər vasitəsilə planetimizə gəlib. Lakin bunun nə zaman baş verməsi hələ də mübahisəli məsələ olaraq qalır.

Oxşar xəbərlər
OTACI