İngiltərə Premyer Liqasında təxirə salınmış oyun keçirilib.
Press.az xəbər verir ki, bu gün 1-ci turdan təxirə salınmış “Bernli” – “Mançester Yunayted” matçı keçirilib. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla qalib gələrək vahid lider olub.
İngiltərə Premyer Liqası
1-ci turun oyunu
"Bernli" – "Mançester Yunayted" - 0:1
Qol: Poqba, 71
Qeyd edək ki, "Mançester Yunayted" hazırda 36 xalla 1-ci, "Everton" 32 xalla 4-cü, "Vulverhempton" 22 xalla 14-cü, "Bernli" 16 xalla 16-cı, "Şeffild Yunayted" 5 xalla sonuncudur.