Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb - FOTOLAR

10 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova şəhid ailələri ilə görüşüblər.

Press.az xəbər verir ki, rayonun şəhidləri – Hişkədərə kəndində leytenant Zaur Hüseynov, əsgər İbrahim Lələyev, Boradigah qəsəbəsində əsgər İbrahim Rükabzadə, Kolatan kəndində əsgər Əli Quliyev, Banbaşı kəndində əsgər Elmir Akifzadə, Təzə Alvadı kəndində əsgər Sənan Səlimov, Qızılağac kəndində əsgər Əlisa Əliyev, Sərçuvar kəndində əsgər Səməndər İsgəndərov və Xıl kəndində əsgər Elgün Mikayıllının ailəsi ilə görüşlərdə şəhidlərlə bağlı xatirələr dinlənilib.

Rəsmilər şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıblar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, rayon rəhbərliyinə və ictimai birliyin sədrinə dərin minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər
OTACI