Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pakistan XİN Azərbaycan tərəfi ilə müzakirə edəcəyi mövzuları açıqlayıb

12 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pakistan və Azərbaycanın XİN başçıları neft və qaz, kənd təsərrüfatı, dəmir yolu və təhsil sahələrindəki əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edəcəklər.

Press.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“Azərbaycan Cənubi Qafqazın əsas ölkəsi və Pakistanın əzəli dostu və tərəfdaşıdır. Ölkələr tarixi, dini və mədəni əlaqələrə əsaslanan nümunəvi münasibətlərə malikdirlər”.

Pakistan XİN-in məlumatında Azərbaycanın Kəşmir məsələsindəki mövqeyi də vurğulanıb: “Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının Cəmmu və Kəşmir məsələləri üzrə Təmas qrupunun üzvü olaraq Kəşmir xalqının haqlı və legitim davasını qətiyyətlə dəstəkləyir”.

Eyni zamanda 2010-cu ildən bəri Azərbaycanın xarici işlər naziri səviyyəsində Pakistana ilk səfərinin həyata keçiriləcəyi də vurğulanıb.

Oxşar xəbərlər
OTACI