Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaşayış yerini tərk edən daha iki koronavirus xəstəsinə cinayət işi başlandı

12 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, yanvarın 11-də həyata keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 4 nəfər aktiv koronavirus xəstəsi icimai yerlərdə müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər xüsusi nəzarətlə evə qaytarılıb. Onlardan 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər
OTACI