Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

WhatsApp: İstifadəçilərin mesajlarını messencer və “Facebook” görmür

12 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“WhatsApp” istifadəçilərinin bütün mesajları hələ də ucdan uca şifrələnmə (end-to-end encryption, E2EE) ilə qorunur, nə messencerin özü, nə də onun sahibi olan “Facebook” istifadəçilərin şəxsi zəngləri və mesajlarını görə bilmir.

Press.az xəbər verir ki, bu barədə “WhatsApp”ın rəhbəri Uill Kedtkartın “Twitter”dəki açıqlamasında deyilir.

“Bəzi şayiələrə aydınlıq gətirmək istəyirik. 100% əmin ola bilərsiniz ki, şəxsi mesajlarınızı EAEE ilə qorumağa davam edirik”, - açıqlamada bildirilib.

“WhatsApp”ın məlumatına görə, konfidensiallıq siyasətinin yenilənməsi messencer vasitəsi ilə dostlara və ya ailə üzvlərinə göndərilən mesajların məxfiliyinə təsir göstərmir.

Xatırladaq ki, daha əvvəl “WhatsApp” messenceri istifadəçi razılaşmasını yeniləyib. Belə ki, messencer “Facebook” korporasiyasının bir hissəsi olaraq vərdişlərini və zövqlərini təhlil etmək məqsədilə istifadəçi haqqında lazımi məlumatları şirkətin bütün “tətbiq ailəsi” ilə bölüşəcək.

Oxşar xəbərlər
OTACI