Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni deputat: “Moskvada imzalanan razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur”

12 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mümkün olan bütün hakimiyyətyönümlü KİV vasitəsilə böyük sevinclə yeni razılaşma ilə Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağı təqdim olunurdu”.

Press.az Report-a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan feysbuk səhifəsində yazıb.

“Bununla belə, erməni xalqının bu görüşdən yalnız bir gözləntisi var idi – hərbi əsirlərin qısa zamanda qaytarılması barədə razılaşma. Ancaq bu baş vermədi”, - o qeyd edib.

Deputatın fikrincə, Moskvada imzalanan yeni razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur. O qeyd edib ki, müzakirə yenə rəsmi Bakının gündəliyi çərçivəsində aparılıb.

Oxşar xəbərlər
OTACI