Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanın adı rəsmən dəyişdirildi

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Litvanın Litov dili üzrə Dövlət Komissiyası Gürcüstanın adının rəsmi olaraq Sakartvelo adlanması barədə qərar qəbul edib.

Press.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Dövlətlərin rəsmi adı” bölməsində Gruzija (Gürcüstan) “Sakartvelas" (Sakartvelo) ilə əvəz edilib”, - sənəddə bildirilib.

Uyğun qərar bu il yanvarın 7-də Dövlət Komissiyasının sədri Audris Antanaytis tərəfindən qəbul edilib.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanda qəbul edilmiş qərara əsasən, 2021-ci ildən sonra Gürcüstanın rəsmi adı Sakartvelo, vətəndaşları isə sakartvel adlanacaq.

Oxşar xəbərlər
OTACI