Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tarif tənzimlənməsindən əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi amil əsasdır. Nəzərə alsaq ki, dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır, bu halda iqtisadi tərəqqinin rolu xalqımız üçün özünü daha qabarıq şəkildə büruzə verir.

Çünki iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda vətəndaş məmnunluğunun yüksək olması qaçılmazdır. Ölkəmizdə hər bir məsələdə vətəndaş amilinin öndə tutulduğunu anlamaq üçün təkcə son iki ildə həyata keçirilən sosial paketlərə diqqət yetirmək kifayətdir. Belə ki, 2019-cu ildən başlayaraq dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan iki sosial paket 4,2 milyon insanı əhatə etdi. 2020-ci ildə dünyada, o cümlədən ölkəmizdə pandemiya ilə ciddi mübarizə tədbirlərinə başlandığı andan Prezident İlham Əliyev heç bir sosial layihənin təxirə salınmayacağını bildirdi, dövlətimizin başçısının imzaladığı Sərəncam əsasında icra edilən Tədbirlər Planına uyğun olaraq əhaliyə və biznesə dəstək paketləri reallaşdırıldı və həmin proses bu gün də davam edir. Bir faktı da xüsusilə vurğulamaq lazımdır ki, son illərdə tətbiq edilən sosial siyasətlə birlikdə Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə isə 2-ci yerə yüksəlib. Pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlər üzrə 3-cü, 4-cü, 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib. Ünvanlı dövlət sosial yardımına çıxış qaydaları sadələşdirilib. Bütün bunların həyata keçirilməsində yeganə məqsəd insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi dayanıqlılığın təmin edilməsi fonunda sosial müdafiə tədbirlərini həyata keçirməklə əhalinin sosial rifah halını yaxşılaşdırmaqdır.

Məlum olduğu kimi, son vaxtlarda birjalarda bir sıra obyektiv amillər, həmçinin bəzi hallarda subyektiv müdaxilələr üzündən neft və neft məhsullarının qiymətlərində enmələr və qalxmalar müşahidə edilir. Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzinin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə də təsirsiz ötüşməyib və birjalarda bu məhsulların qiymətlərinin qalxması ilə müşahidə olunub. Bu zaman tarif tənzimlənməsində yanacağın keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Təbii ki qarşıdakı müddətdə tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün zəruri nəzarət tədbirləri həyata keçiriləcək və sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirin neytrallaşdırılması üçün  onlara kompensasiya ödəniləcək. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Çünki əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Oxşar xəbərlər
OTACI