Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qusarda mağazadan oğurluq edən şəxs tutuldu

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) yanvar ayının 9-da gecə saatlarında rayonun Həzrə kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal obyektə baxış keçirilib, mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və geyim əşyaları oğurlandığı müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı Qusar RPŞ-də İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Oxşar xəbərlər
OTACI