Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mingəçevirdə Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanıldı

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, sürücülər - Mingəçevir şəhər sakinləri Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejimi qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakı şəhərinə aparacaqlarına dair söz verdikləri məlum olub.

Hər iki sürücü Polis Şöbəsinə dəvət olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Oxşar xəbərlər
OTACI