Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda həkim travmatoloq koronavirusdan vəfat etdi

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan rayonunda həkim travmatoloq koronavirusdan vəfat edib.

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Ramazan Əhmədov bir müddət əvvəl koronavirusa yoluxub. 

Müalicəsi davam etsə də, vəziyyəti ağırlaşdığından onu Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq R.Əhmədov bu gün koronavirusdan dünyasını dəyişib.

Məlumatı Salyan Rayon Mərkəzi Xəstəxanasından redaksiyamıza təsdiq ediblər. Bildiriblər ki, həkim təxminən bir neçə saat əvvəl vəfat edib.

Oxu.az

Oxşar xəbərlər
OTACI