Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidin son arzusu: Yeni doğulan oğluna Ümid adı verdilər

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.

İkinci oğul övladının adını isə sağ ikən arzuladığı Ümid adı qoyulub. Ağdam Mərkəzi rayon Xəstəxanasında dünyaya gələn körpəni Rayon rəsmiləri, rayon sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.

Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci il 7-i iyunda dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri, o körpə olduğu vaxt valideynləri ayrılıb. Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə bu həyatdan köçüb. Həriki valideynini itirən Elçin Hərbi xidmətini başa vurduqdan sona öz dayısı qızı ilə ailə qurub. 1 oğlu dünyaya gəldikdən sonra, yenidə müddətdən artıq hərbi xidmətə başlayıb. BMP –də atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub. Sentyabrın 30 da ailəsinə şəhid xəbəri çatıb.

Trend

Oxşar xəbərlər
OTACI