Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Beynəlxalq insan hüquqları təşkilatlarının susqunluğu onların qərəzli mövqeyindən xəbər verir

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Siyasi riyakarların əsl siması və real həqiqətlər

2021-ci ilin ilk günlərində gündəmi zəbt edən mövzulardan biri Vaşinqtonda baş verən hadisələr oldu. ABŞ-da ötən il baş tutmuş qalmaqallı seçki prosesinin davamını bu dəfə başqa cür izlədik. Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binası önündə izdihamlı mitinqi zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma oldu, Konqresin binası zəbt edildi. İğtişaşlar zamanı ölüm faktlarının qeydə alınması, aksiya iştirakçılarının saxlanılması Qərbin demokratiya tarixçəsinə yazılan növbəti hadisələri oldu.

Press.az-ın xəbərinə görə. bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Beynəlxalq insan hüquqları təşkilatlarının susqunluğu onların qərəzli mövqeyindən xəbər verir

Dünyaya “demokratiyanın beşiyi” kimi sırınan Qərb ölkələrində insan hüquqlarının kütləvi şəkildə pozulduğu çoxdan məlum olan məsələ idi. O da aydındır ki, demokratiya, hüquq və azadlıqlarla bağlı ayrı-ayrı ölkələrə əsassız irad tutan bu ölkələrdə seçki saxtakarlıqları, namizədlərə təzyiqlər, qarşıdurma yaşanması adi hal alıb. Biz bunu vaxtaşırı müşahidə edirik. Hətta bir çox Avropa ölkəsində seçki kampaniyaları ərəfəsində qeyri-qanuni maliyyə toplanılması, inzibati resurslardan istifadə olunması faktları da ortaya çıxıb. Seçkilərin nəticələrinə etiraz edən seçicilərin, həmçinin namizədlərin zorakılığa məruz qalması, sərbəst toplaşma azadlığının pozulması, rezin güllələrdən, gözyaşardıcı vasitələrdən istifadə edilməsi də sirr deyil. Amma maraqlıdır ki, iki gündən bir seçkilərlə, insan hüquqları ilə bağlı bəyanatlar səsləndirən təşkilatlar bu zaman susmaq yolunu seçirlər. “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatlar bizi təəccübləndirmirlər. Bu qurumların heç biri konkret, kəskin mövqe ortaya qoymurlar. Buradan aydın olur ki, həmin təşkilatlar bəzi dairələrin maliyyəsi, tapşırıqları əsasında müstəqil dövlətlərə qarşı təzyiq məqsədilə fəaliyyət göstərirlər.

Ermənilərlə əlbir olanlar çirkin niyyətlərinə çata bilmədilər

Digər bir məqam Azərbaycanı daim saxta iddialarla ittiham edənlərin riyakarlığı ilə bağlıdır. Müxtəlif yollarla xaricdə sığınacaq alanların və ölkəmizdə xalqa, dövlətə qarşı qarayaxma kampaniyası apararaq erməni çörəyi yeyənlərin aktivliyini görmürük. Hətta az qala, toqquşmaları, qanun pozuntularını “demokratiya əlaməti” kimi təqdim etməyə çalışırlar.

Keçən ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatından sonra Azərbaycan Ordusuna dəstək aksiyası zamanı parlamentə hücum edən, dağıdıcılıqla məşğul olanların cinayət məsuliyyətinə cəlb olunması bəzi antimilli ünsürlər tərəfindən qərəzli şəkildə şərh olundu. Onlar bunu hətta “İnsan hüquqları pozuntusu” kimi qiymətləndirdilər. Məqsəd ölkəmizdə xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq və təxribat vasitəsilə daxili qarşıdurma yaratmaq idi. Amma niyyətlərinə çata bilmədilər. O zaman həmin qanun pozuntusuna yol vermiş şəxsləri müdafiə edənlər bu gün ABŞ-da Kapitoliyə hücum edənləri terrorçu adlandırırlar. Və ya Əli Kərimli ödənişini etmədiyinə görə interneti kəsiləndə bunu “ölkədə demokratiya yoxdur” kimi qələmə verənlər Donald Trampın sosial şəbəkələrdə hesablarının bloklanmasını normal qarşıladılar. Bu da radikal ünsürlərin növbəti riyakarlıq nümunəsidir.

“Sapı özümüzdən olan balta”ların çirkin niyyətləri, antimilli fəaliyyətləri bununla da bitmir. Onlar həmin vaxt tez-tez “payızda hakimiyyətə gələcəyik” fikrini təkrarlayırdılar. Deməli bilirdilər ki, işğalçı Ermənistan sentyabr ayında Azərbaycana qarşı hücuma keçəcək, növbəti təxribat törədəcək. Düşünürdülər ki, AXC-Müsavat hakimiyyəti dövründə olduğu kimi, ölkəmizdə yenə siyasi oyunlar baş verəcək, Ermənistan yeni ərazilərimizi işğal edəcək. Və yaranacaq böhrandan istifadə edib hakimiyyətə gələcəklər. Amma mənfur xislətlərinə uyğun bədbin istəkləri gerçəkləşmədi. Ermənilərlə əlbir hərəkət edən bu antimilli ünsürlər Azərbaycanın möhtəşəm qələbə qazanmasından sonra məyus oldular. Azərbaycan Ordusunun gücünü şübhə altına almağa çalışan, Silahlı Qüvvələrimizə yönəlik böhtan yayan bu antimilli

ünsürlərin qarayaxma kampaniyası bu möhtəşəm zəfərin, Azərbaycanın dəmir yumruğunun altında əzildi.

Radikal ünsürlər hələ də hansı üzlə danışırlar?

Radikallar elə əvvəlki dövrlərdə də özlərini bu cür ifşa ediblər. Onlar bir müddət öncə ölkəmizdə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istədiklərini özləri etiraf etmişdilər. Bu, birmənalı olaraq xalqa qarşı düşmən mövqeyi ortaya qoymaqdır.

Həmçinin bir vaxtlar neftin qiymətinin düşməsini sevinclə qarşılayan antimilli ünsürlərin bu arzusu da ürəklərində qaldı. Neftin qiymətinin düşməsi barədə danışarkən dəfələrlə “maşallah” sözündən istifadə edən radikalların bu məsələyə görə sevinclərinin həddi-hüdudu olmamasını aşkar nümayiş etdirmələri onların xalqa və dövlətə düşmən münasibətində olduğunu göstərir. Hətta onlar düşünmürdülər ki, neft gəlirlərindən istifadə olunması sayəsində ölkə iqtisadiyyatının inkişafı nəticəsində Azərbaycan öz vətəndaşlarına hərtərəfli diqqət və qayğı göstərir.

Təbii ki, bütün bunların bir səbəbi var: onlar ermənipərəst dairələrdən, elə erməni lobbisindən göstəriş alırlar. Belə olan halda, utanc hissi keçirməli olan radikal ünsürlər hansı haqla xalqın qarşısına çıxırlar və hələ də hansı üzlə danışırlar?

Oxşar xəbərlər
OTACI