Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabad polisi 5 kq-dan çox narkotiki dövriyyədən çıxarıb

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 5 kq-dan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 18 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq C.Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kq 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI