logo
First slide

Ağdaşda 20 yaşlı gənc antibiotikdən öldü

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş rayon sakini iynədən ölüb.

Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 9-da saat 22 radələrində baş verib. Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI
OTACI