Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxıda şirkətdən oğurluq edən şəxs saxlanılıb

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı Rayon Polis Şöbəsinə Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurladığı kabellər və iki ədəd şüşə qabda ümumi çəkisi 31 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI