Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda karantini pozan "Şeş-Beş" kafesi aşkarlandı

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şeş-Beş" kafesini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi vətəndaş Anar Abdullayev və daha 5 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

Oxşar xəbərlər
OTACI