Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan "WhatsApp"dan imtina etdi

10 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "WhatsApp" messencerindən istefadədən imtina edib.

Press.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, T.Ərdoğanın messencerdən imtina etməsinə səbəb "WhatsApp"ın gizlilik siyasətindəki dəyişikliklər olub.

Bildirilir ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl "WhatsApp"da olan qruplarını "Turkcell Iletisim Hizmetleri AS"a məxsus olan BiP tətbiqinə keçirəcək. T.Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də BiP tətbiqinə keçib.

Türkiyə Prezidentinin ofisi jurnalistləri də BiP tətbiqinə keçməyə çağırıb.

Oxşar xəbərlər
OTACI