Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda parlament seçkiləri keçirilir

10 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanda parlament məclisinə (aşağı palata) və məslihatlara (hakimiyyətin yerli nümayəndəlikləri) növbəti seçkilərdə səsvermə davam edir.

Nur-Sultan vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 05:00) Qazaxıstanın əksər bölgələrində seçki məntəqələri açılıb.

Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) ölkənin qərb bölgələrində - Qərbi Qazaxıstan, Atırau, Aktübin, Qızıl Orda və Manqistau vilayətlərində səsvermə başlanılıb.

Artıq yerli vaxtla saat 12:00-a olan iştirak faizləri açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Anastasiya Şeqortsova brifinqdə açıqlama verib.

O qeyd edib ki, seçkilərində iştirak aktivliyi 28,8 %-dir.

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev və həmçinin birinci prezident – Elbası Nursultan Nazarbayev də seçkilərdə səs veriblər.

Dövlət başçısı Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib.

Səsvermədən sonra Tokayev bildirib ki, seçkilər ölkə demokratiyasının inkişafında addım olmalıdır.

Oxşar xəbərlər
OTACI