Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ!!! Azərbaycanda əsgər intihar edib - RƏSMİ = YENİLƏNİB

09 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baku TV intihar edən əsgər Yunis Mənsurov haqqında yeni məlumatlar əldə edib. Bildirilir ki, 44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan Y.Mənsurov Sulutəpədə yerləşən Çiçək qəsəbəsinin sakini olub. Əslən Xızıdan olan 24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub.

İki gün öncə intihar edən əsgər psixoloji problemlərdən əziyyət çəkib və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb.

***18:45

Hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar edib.

Press.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər.

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Y.Mənsurov bir neçə gün əvvəl tərxis olunub. 24 yaşlı mərhumun özündən sonra 1 övladı qalıb.

Oxşar xəbərlər
OTACI