Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıt sakinində silah-sursat aşkarlandı

09 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun yaşadığı evdə silah gizlətdiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI