Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Qazax yolunda daha bir qəza, 2 polis xəsarət aldı

09 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda daha bir zəncirvari yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, DAF markalı yük avtomobili "QAZ 31" markalı avtomobilə çarpılıb. Nəticədə yolun hərəkət hissəsi bağlanıb.

Bu zaman hərəkətdə olan Dövlət Yol Polisinə məxsus avtomobil yük avtomobili ilə toqquşub.

Nəticədə DYP maşınında olan 2 nəfər polis əməkdaşı - 32 yaşlı Quliyev Elnar Zakir oğlu və 31 yaşlı Əliyev Fariz Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onları ambulator müalicəyə buraxıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl yolların buz bağlaması səbəbindən baş verən daha bir zəncirvari qəza bu gün səhər saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Report

Oxşar xəbərlər
OTACI