Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada koronavirus qurbanlarının sayı 1,9 milyonu ötdü

09 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada COVID-19-dan ölənlərin sayı 1 910 844 nəfərə çatıb.

Press.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, pandemiyanın əvvəlindən dünyanın 191 ölkəsində koronavirusa 88 758 618 yoluxma qeydə alınıb. Təhlükəli infeksiyaya yoluxan 62 milyondan çox insan sağalıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da, Hindistanda, Braziliyada, Rusiyada və digər ölkələrdə aşkarlanıb. Birləşmiş Ştatlar təkcə COVID-19-a yoluxma yox, həm də ölüm sayına görə dünyada birinci yerdədir. Eyni zamanda ABŞ-da koronavirusun yeni, əvvəlki infeksiyadan 50% daha yoluxucu ştammının yayıldığı güman edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI