ABŞ-da koronavirusun yeni, əvvəlki infeksiyadan 50% daha yoluxucu ştammının yayıla bildiyi güman edilir.
Press.az xəbər verir ki, bu barədə Ağ Evin işçi qrupunun son məruzəsinə istinadən CNN telekanalı bildirib.
"Bu payız-qış sıçrayışı (ABŞ-da epidemiya–red.) demək olar ki, yaz və yay zamanı xəstələnmənin artım sürətini iki dəfə ötdü. Güman edilir ki, ABŞ-da koronavirusun Britaniya növündən əlavə olaraq, hansı ki, artıq bizdə yayılır - öz variantı inkişaf edə bilər", - məruzədə deyilir.
Sənəddə qeyd edilir ki, yeni ştamm "50% daha yoluxdurucu ola bilər".
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.