Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən Müharibəsi qazisi: “Azərbaycanca “kəşfiyyatdır, atmayın” deyib, bizi aldatdılar” - VİDEO

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən Müharibəsində yaralanan qazilərimizdən biri Muradxan Oruclu savaşda başına gələnləri Baku TV-yə danışıb.

Qazimizin necə yaralanması haqqında danışarkən bildirib ki, o, qələbəyə bir gün qalmış Kəlbəcərdə minaya düşüb.

Qəhrəman əsgərimiz həmçinin qeyd edib ki, müharibə dövründə üç dəfə müxtəlif vaxtlarda düşmən mühasirəsinə düşüblər:

“Qarşıda ermənilər olduğunu bilirdik və onları atəşə tutduq. Birdən Azərbaycan dilində səs gəldi ki, atmayın, kəşfiyyatdır. İnandıq onlara və atəşi saxladıq. Sən demə erməni xüsusi təyinatlıları imiş və bizi aldatdılar. Azərbaycan dilində çox təmiz danışırdılar. Orda komandirimiz və qabaqda gedən yoldaşlarımız şəhid oldular”.

Ətraflı Baku TV-nin hazırladığı reportajda:

Oxşar xəbərlər
OTACI