Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azneft” işçiləri “YAŞAT” Fonduna ianə edib

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azneft” İstehsalat Birliyi idarəetmə aparatı üzrə işçilərin əmək haqlarının 10 faizini “YAŞAT” Fonduna köçürür.

Press.Az-a verilən məlumatda bildirilib ki, respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin aparatının əməkdaşları Fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

Onların təklifləri və İdarəetmə aparatı Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan Birlik rəhbərliyi “YAŞAT” Fonduna aparat əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

Qeyd edilib ki, 2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna SOCAR işçiləri tərəfindən 1 milyon manatdan artıq vəsait köçürülüb. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstəriblər.

Vətən müharibəsi zamanı SOCAR tərəfindən 17 milyon manat məbləğində, həmçinin işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Oxşar xəbərlər
OTACI