Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik rəsmisindən Bakıda şüalanma məsələsi ilə bağlı AÇIQLAMA

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yaşayış yerinə yaxın mobil operatorların ötürücü antenalarının şüalanması ilə bağlı sakinlərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar Xəttinə 17 müraciət daxil olub”.

Press.az-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, vətəndaşların şikayətləri araşdırılıb:

“16 şikayət öz əksini tapmayıb. Şüalanma norma daxilində müəyyən olunub. Qurğuların texniki parametrləri var”.

O qeyd edib ki, antenalar tək Bakıda yox, bütün ölkələrdə qurulur:

“Texniki pasportda qeyd olunan göstəricilərdə mənfi təsir iki metr məsafə dairəsində olmur. Bu məsələyə dövlət nəzarət Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir”.

Oxşar xəbərlər
OTACI