Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sürücülərin NƏZƏRİNƏ: iki prospektin kəsişməsində hərəkət məhdudlaşdırılacaq

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanvarın 9-10-da Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlamasında bildirilir.

“Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib.

Oxşar xəbərlər
OTACI