Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağda həyat canlanır: Yeni “DOST” Mərkəzləri və... - RƏSMİ

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2021-ci ildə daha iki “DOST” Mərkəzinin açılışı planlaşdırılır”. 

Press.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, yeni mərkəzlər Binəqədi və Abşeron rayonunda olacaq:

“Quba və Bərdə rayonlarda “DOST” mərkəzlərin açılması üzrə işlərə başlanılacaq. 2025-ci ilə qədər 31 “DOST” Mərkəzi istifadəyə verilməklə, bütün respublikanı əhatə edəcəyik”. 

“İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planlarımız var. Qarabağda “DOST” Mərkəzləri, Sosial reabilitasiya müəssisələrinin açılması planlaşdırılır”, - deyə o əlavə edib.

Oxşar xəbərlər
OTACI