Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Keçmiş məhkumun avtomobilindən 3 kiloqramdan artıq heroin tapıldı

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avtomobildən 3 kiloqramdan artıq heroin tapıldı.

DİN Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanılmışdır.

İdarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı 3 kiloqramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Oxşar xəbərlər
OTACI