Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin qərarı ilə “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin sayı açıqlandı - RƏSMİ

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.

Söhbət 4700-ə yaxın çoxmənzilli qəsəbələrdən və hündürmərtəbəli yaşayış komplekslərindən gedir”.

Press.Az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin, Samux və Lənkəran rayonun ərazisində inşa edilib:

“Bu mənzillər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri bütün zəruri olan sosial texniki infrastrukturla təmin edilib, yaşayış üçün tam hazırdırlar”.

F.Hüseynov qeyd edib ki, həmin mənzillərin paylanılma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə verilib.

Oxşar xəbərlər
OTACI