Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda bir ilk: Eşitmə məhdudiyyətli şəxslərlə bağlı film çəkildi

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

”Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təsisçisi Mahmud Səfərov 2015 ci ildən eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün Azərbaycanda ilk dəfə Jest dilində çəkilən qısametrajlı filmlərin sosial çarxların müəllifidi.

Press.az xəbər verir ki, Mahmud Səfərovun Jest dilində olan Çarli Çaplin obrazında qisametrajlı filmi 2017 ci ildə Azad Azərbaycan Televiziyasında yayimlanan ”VineShow” yarışmasında Finala vəsiqə qazanır.Daha sonra Mahmud Səfərov 2018 ci ildə Azərbaycanda İlk dəfə jest dilində Fuad Tofiqoğlunun rejissorluğu və Ramil Musanın senarisi əsasinda çəkilən ”Mənim Hekayəm” adlı Tammetrajlı filimin baş qəhramanını canlandırmışdı.

”Mənim Hekayəm” filminin Azərbaycan Mədəniyyət Nazirliyinin icazəsiylə Nizami Kinoteatrında 2019 cu ildə Qala Gecəsi keçirilmişdi. Film Azərbaycan sərhədlərini aşdı. ”Mənim Hekayəm” filminin müxtəlif ölkələrdə təqdimatı keçirildi. Rusiya, Belarusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qirğızıstan, Tacikistan, İran, Gürcüstan ölkələrinin kinoteatrlarinda təqdimati keçirilmişdi. Film Türkiyənin Bursa İzmir Ankara İstanbul şəhərlərində Gürcüstanın Batumi Tibilisi Rusiyanın Moskva daxil olmaqla 57 şəhərində təqdimatı keçirilmişdi. Azərbaycanda ilk dəfə Jestikayla çəkilmiş Tammetrajlı film “Mənim Hekayəm filmi bir çox ölkələrin Qeyri Hökumət Təşkilatları tərəfindən təşəkkürnamələrlə təltif olunmuşdu.

Hazırda ”Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi, Azərbaycan Film Akademiyasi ilə əməkdaşlıq edərək eşitmə məhdudiyyəti olan şəxslərlə film çəkilişlərinə hazırlaşir. Azərbaycan Film Akademiyasının təşkil etdiyi kastingdə ”Səssiz Dünya” İctimai Birliyinin bir neçə üzvləri öz aktyorluq bacarıqlarını nümayiş etdirmişdi.

Oxşar xəbərlər
OTACI