Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə XİN Azərbaycan qazının Avropaya çatması ilə bağlı paylaşım edib

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

TAP-ın fəaliyyətə başlaması ilə Azərbaycan qazı İtaliyaya çatıb.

Press.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində bununla bağlı paylaşım edilib.

“Cənubi Qaz Dəhlizi istifadəyə verildi. Ölkəmizin Avropanın digər hissəsinin enerji təchizatının təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfədə yeni bir səhifə açıldı”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Oxşar xəbərlər
OTACI